Xalq artistindən tənqidə cavab: Sürünməyə hazırlaşıram

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən tənqidə cavab: Sürünməyə hazırlaşıram

Mədəniyyət

12 İyun 2025 13:15 1031


Alim Qasımov rep deməsinə görə qınanmasına münasibət bildirib.

YEnisabah.az qaunarinfo-ya istinadla xəbər verir ki, Xalq artisti bu çıxışın zarafat olduğunu deyib:

"Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. pizza mizza

Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər. Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam".

"Dünya şöhrətli xanəndə niyə repə baş qoşur, axı bu Alim Qasımov sənəti deyil" deyənlərə Alim Qasımov belə cavab verib:

"Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!