Xalq artistindən xəbər var: “Ən çətin mərhələni arxada qoyduq“

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən xəbər var: “Ən çətin mərhələni arxada qoyduq“

Mədəniyyət

10 Avqust 2022 14:48 2697


Xalq artisti, aktyor Ramiz Novruz səhhətində yaranan ciddi xəstəlikdən sonra, nəhayət, sağlamlığına qovuşub.

Bu barədə Yenisabah.az-a aktyorun oğlu Cavidan Novruz məlumat verib:

“Atam telefon zənglərinə cavab verə bilmir. Bir müddət telefonları söndürüb, heç kimlə danışmaq istəmir. Bir az dinlənməlidir, çox adam zəng vurur, soruşur. Allaha çox şükür, səhhəti düzəlir. Vəziyyət əvvəl tam başqa idi, sağ olsun Heydər Əliyev Fondu, Mehriban Əliyeva hər şeyi öz üzərinə götürdü. Nə lazımdırsa, yetərincə olundu. Ən çətin mərhələni arxada qoyduq. pizza hut

Artıq ayda bir dəfə müayinəyə gedəcək. Hazırda evdədir, səhhəti çox yaxşıdır. Hətta kökəlməyə doğru gedir, xəstəlik zamanı çox arıqlamışdı. İndi yeməyi-içməyi qaydasındadır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!