Xalq artistinin vəziyyəti pisləşdi   - Xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Mədəniyyət

20 İyul 2023 09:28 41963


Xalq artisti, Azərbaycan muğamlarının mahir ifaçısı, Prezident təqaüdçüsü Şahnaz Haşımovanın səhhəti qəfildən pisləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə xanəndənin bacısı, Əməkdar artist Aybəniz Haşımova məlumat verib. O, qeyd edib ki, Şahnaz Haşımova Gəncə şəhərində fəaliyyət göstərən Abbas Səhhət adına I saylı şəhər xəstəxanasına yerləşdirilib. Dərhal bacısının ziyarətinə gedən sənətçi onun həkim nəzarəti altında olduğunu bildirib.

“Sənə gələn qada-bala mənə gəlsin”, – deyə Əməkdar artist vurğulayıb.  Dominos pizza

Qeyd edək ki, Şahnaz Haşımova 1957-ci ildə Gəncə şəhərində anadan olub. 

1997-2016-cı illərdə Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!