Xalq artistinin vəziyyəti yenidən pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin vəziyyəti yenidən pisləşdi

Mədəniyyət

27 Mart 2023 13:46 2032


Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib. 

Yenisabah.az xəbər verir ki, bu haqda axsam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər deyib. O bildirib ki, atasının səhhəti yenidən pisləşib: 

"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır".  Pepperoni pizza

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!