Xalq yazıçıları təkzib etdilər: “Təhqir olmayıb!”

saytların hazırlanması

Evə çatdırılma

Xalq yazıçıları təkzib etdilər: “Təhqir olmayıb!”

Mədəniyyət

26 Oktyabr 2022 23:29 2801


Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.

"Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb", - Anar deyib. Pepperoni pizza

Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib:

"Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin", - Abdullayev bildirib.

Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!