Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib .
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Açılış matçında “Zirə” “Sumqayıt” oyunu artıq başa çatıb. İlk hissəsi sülhlə başa çatan matçın son dəqiqələrində "Zirə" qələbə topunu vura bilib. 88-ci təqiqədə Tiqrudjanın qolu həlledici olub.
Günün digər matçında isə "Sabah” dogma meydanda “Qəbələ”ni qəbul edib. 3 turdan sonra aktivində 1 xal belə olmayan son ölkə kubokunun qalibi “Sabah”ı səfərdə məğlub etməyi bacarıb. Pepperoni pizza
Turun daha iki oyunu isə sabah baş tutacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
14 sentyabr
“Sumqayıt” – “Zirə” - 1:2
Qollar: C. Rodriges, 5 (0:1), T.Mütəllimov, 16-avtoqol (1:1), Tiqrudja 88 (1:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
"Kapital Bank Arena"
“Sabah” – “Qəbələ” - 0:1
Qol: R.Hüseynov 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
“Bank Respublika Arena”
Telegram kanalımız