Xamenei hardadır? – Hətta bir saat belə Rusiyada...

saytların hazırlanması

Evə çatdırılma

Xamenei hardadır? – Hətta bir saat belə Rusiyada...

Dünya

04 Aprel 2026 12:03 1139


İranın yeni ali lideri Müctəba Xameneinin Rusiyaya səfər etməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və aldığı yaralar onun fəaliyyətinə mane olmur.

“Yeni Sabah” Rusiya mediasına istinadla bildirir ki, mart ayında Küveytin “Al-Jarida” qəzeti Xameneinin yaralandıqdan sonra müalicə üçün təcili şəkildə Moskvaya aparıldığını iddia edib.

Diplomatik mənbənin sözlərinə görə, İranın yeni ali lideri Rusiyada “hətta bir neçə saat belə olmayıb”. Marqarita pizza

Rusiyadakı İran səfiri Kazem Jalali də Xameneinin Moskvada müalicə alması ilə bağlı xəbərləri təkzib edib.

Qeyd edək ki, martın 12-də “The Sun” qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığını yazıb. Jurnalistlərin məlumatına görə, İran lideri bir yaxud hər iki ayağını itirib və ehtimal ki, komadadır.

56 yaşlı Müctəba Xamenei ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbələr nəticəsində həyatını itirmiş ayətullah Əli Xameneinin oğludur. Martın 8-də Ekspertlər Assambleyası yeni rəhbəri ömürlük bu vəzifəyə yekdilliklə təyin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!