Xamenei son 47 ildə İLK DƏFƏ bunu etmədi   - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Xamenei son 47 ildə İLK DƏFƏ bunu etmədi - Nə baş verir?

Siyasət

08 Fevral 2026 19:06 4680


İranın Ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

"Yeni Sabah" bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam inqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub. Dominos pizza

Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin ali lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.

Xatırladaq ki, 19 bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində şah dövrünün ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nəsimi
    Bu dəqiqə Xomeyni elə batırıb ki,hayına Mehdidə çata bilmir.
    3 months ago