Xameneinin müşaviri Azərbaycanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin müşaviri Azərbaycanı hədələdi

Siyasət

03 Fevral 2026 16:07 4591


İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib.

“Yeni Sabah” Axar.az-a istinadla xəbər verir ki, ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib:

“Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”. pizza

Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kazım Məmmədov
    Əyər İran deyilən dövlət, belə edəcəksə niyə dövlətimiz Amerika bazasını bura gətirmir, onsuz da bizlə bir fırıldaqla müharibə etmək niyyəti var. Boşu boşuna ordan şər atır, bu qədər də kin nifrət olar, bunlar necə şiə dövlətidir. Heyf şiə adına ki bunlar da daşıyır
    3 months ago