“Xan qızı” tamaşası nümayiş olunub

saytların hazırlanması

Evə çatdırılma

“Xan qızı” tamaşası nümayiş olunub

Mədəniyyət

25 İyun 2025 13:03 728


Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub.

Yenisabah.az ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, Xalq artisti Xalidə Quliyeva, eləcə də digər tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani Amaliya Pənahovanın yaradıcılığından, vətənpərvərliyindən, yaratdığı Bakı Bələdiyyə Teatrının Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazmasından bəhs edib. Pepperoni pizza

Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov çıxışında aktrisanın Azərbaycanda teatr və kino sahələrinin inkişafına göstərdiyi xidmətlərdən danışıb.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bir şair olaraq Amaliya xanım haqqında poetik dildə öz fikirlərini səsləndirib və sözləri özünə aid olan, aktrisanın sevdiyi “Xatirədir” şeirini onun xatirəsinə ərməğan edib.

Aydan hacıbalazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!