Xankəndi Bakı ilə danışıqlara başlamalıdır

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi Bakı ilə danışıqlara başlamalıdır

Rəsmi

14 İyul 2023 15:38 2318


Qarabağ əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlara başlamalıdır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatın  sözlərinə görə, Ermənistanın tərəfdaşları məqsədyönlü hərəkətlərin vaxtının yetişdiyini başa düşürlər: pizza

“Mövqeyimiz dəyişməz olaraq qalır. Xüsusilə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı. Lakin Xankəndi ilə Bakı arasında dialoqa ehtiyac var. Məsələ bu prizmadan müzakirə olunmalıdır ki, ona beynəlxalq reaksiya verilsin”.

Onun fikrincə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına bütün tərəflər ciddi əməl etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!