Xankəndi boşaldıldı: Rus jurnalist şəhərdən canlı yayım etdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi boşaldıldı: Rus jurnalist şəhərdən canlı yayım etdi – Video

Rəsmi

29 Sentyabr 2020 12:30 100144


Azərbaycan Ordusunun əks-hücum əməliyyatları qondarma Dağlıq Rejiminin inzibati mərkəzi olan Xankəndində təşvişə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, orada yaşayan ermənilərin bir hissəsi şəhəri tərk edib, bir hissəsi isə zirzəmilərə doluşub. 

Bu Rusiya telekanalının Xankəndindən hazırladığı süjetdən də aydın görünür. Rusiya jurnalist şəhərdə səssizlik olduğunu, əhalinin zirzəmilərdə gizləndiyini bildirib.  Toyuqlu pizza

“Xankəndi səhər saatlarında belə görünür. Şəhərdə çox az insan və çox az maşın var. Yerli əhali deyir ki, bu normal deyil. Sülh dövründə şəhərdə daha çox hərəkətlənmə olur. 1992-ci ildən bu yana ilk dəfə olaraq əhali bombardmandan qorunmaq üçün zirzəmilərdə gizlənib”, - deyə jurnalist qeyd edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!