Xankəndi və Xocalıya internet çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi və Xocalıya internet çəkilir

Rəsmi

02 Oktyabr 2023 10:16 553


"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir. 

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və  genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir. 

"Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edir.  Dördpendirli pizza

Məlumat üçün bildiririk ki, 2023-cü ilin 9 ayı ərzində  Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.  Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!