Xankəndidə “Range Rover” qalmaqalı: Sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə “Range Rover” qalmaqalı: Sürücü həbs edildi

Hadisə

09 Sentyabr 2025 14:14 1465


Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.

Oxu.Az-ın məlumatına görə, Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10-OL-016 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilində beş nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.

Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki iki nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər. Pepperoni pizza

Bundan əsəbiləşən avtomobil sahibi Xankəndi şəhərinə gedərək, icarə əsasında işlətdiyi hotelin həyətindən polis postuna gələn su xəttini bağlayıb. Nəticədə Xankəndi şəhərinin girişindəki post 24 saat susuz qalıb.

Faktla bağlı protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə sahibkar dörd sutka müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!