Qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan son günlər Qarabağın dağlıq hissəsində baş verən hadisələrlə bağlı çıxış edib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, separatçı rejim təmsilçisi tanınmamış “DQR” “hakimiyyəti”ni silahı yerə qoymağa və praktiki hərəkətə səsləyib:
“Bu gün “Artsax”da ən çox işlənən söz “mübarizə”dir. Mübarizə üçün isə müxtəlif yanaşmalar təklif olunur. Təklif edirəm ki, şüar siyasətindən uzaqlaşaq və mübarizə imitasiyasından əl çəkib əməli sahəyə keçək. pizza sifarişi
“Artsax”dakı “müxalifət qüvvəsi”nin lideri kimi mən konkret olaraq aşağıdakı praktik və hüquqi addımları təklif edirəm:
1. Qarşılıqlı etimad mühiti yaratmaq üçün Stepanakert-Bakı dialoqunun başlamaq;
2. “Artsax”da beynəlxalq zəmanətli sülhməramlı mandat vermək üçün BMT-yə müraciət etmək;
3. Azərbaycanın BMT-yə qəbul olunduğu ərazi üzrə üzvlük məsələsinə baxılması üçün BMT-yə müraciət etmək;
4. “Artsax” ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin varisi kimi Rusiya Federasiyasına müraciət etmək lazımdır.
S. Babayan hesab edir ki, bununla da qondarma rejim “hakimiyyət”i istəklərinə qismən çata və pafos dolu “mübarizə” çağırışlarından əl çəkə bilər.
Rafi MÜSLÜMOV
Telegram kanalımız