Azərbaycan Qarabağ ermənilərinə pul verir?   - Deputatdan vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Qarabağ ermənilərinə pul verir? - Deputatdan vacib açıqlama

Siyasət

24 Noyabr 2021 13:05 19651


Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Xocalı və Xankəndiyə vəsait ayrılması məsələsini qaldırıb və bunun dövlət büdcəsində əksini tapmalı olduğunu bildirib. Bir müddət əvvəl deputat Zahid Oruc da eyni təkliflə çıxış etmişdi.

“Bu o halda mümükündür ki, Xocalı və ya Xankəndinin erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Qəbul etdikdən sonra onlar bütün sistemə inteqrasiya olunmalıdır. Ona görə də, hazırda söhbət vəsaitin xərclənməsindən getmir”. 

Bunu Yenisabah.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib. pizza

Onun sözlərinə görə, Xocalı və Xankəndi Azərbaycan əraziləridir, oraya ayrılan vəsait bu istiqamətdə xərclənəcək.

“Yollarda lövhələr qurulur: Xocalıya, Xankəndidə məsafə filan qədərdir. Amma bu məsələnin psixoloji, sosial və siyasi tərəfləri var. Büdcə dövlət sənədidir. Vəsait ayrılması dövlətin o bölgədə yaşayan insanlara təklifi kimi qiymətləndirilir. Yəni onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, sosial-iqtisadi fəaliyyətlərini tənzimləməyə hazırıq. Ermənistan bölgəyə özbaşına 200 milyon dram vəsait ayırıb. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni bir addımıdır. Amma biz Qarabağın o hissəsinə vəsait ayırmaqla, onlara Azərbaycan vətəndaşlığını qəbul etmənin hansı şanslar yarada bildiyini açıqlayırıq”. 

Ayzel 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elyazov İsrail
    Fazil mustafanın təklifi qəbul olunanadır. əgər bizim ərazidə yaşayan vətəndaşların yaşam tərzi üçün indidən lazımı addımlar atılmalıdır.
    4 years ago
  • Loğman Məmmədov
    Xankəndiyə və ya Xocalıya büdcədən vəsait ayırmaqla biz orada yaşayan erməniləri orada qalıb yaşamaları üçün ruhlandırmış olarıq. Bu Azərbaycan xalqına lazım deyil! Ermənilər Azərbaycanda yaşamamalıdır! Qoy ermənilər rədd olub Azərbaycandan getsinlər! Qalan məsələləri həll etmək rahatdır.
    4 years ago