Xaricdə alınan COVID pasportu Azərbaycanda da tanınacaq

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə alınan COVID pasportu Azərbaycanda da tanınacaq

Maraqlı

20 Avqust 2021 12:55 1161


“Xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var: pizza hut

"Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!