Xaricdə təhsillə bağlı qaydalara dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə təhsillə bağlı qaydalara dəyişiklik edildi

Sosial

26 Fevral 2019 14:30 870


Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” və “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”ında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.1- ci bəndi aşağıdakı redaksiyada verilib:

“7.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir”.  pizza

“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda isə aşağıdakı dəyişiklik olunub.

2.1. aşağıdakı məzmunda 3.1.2-1-ci yarımbənd əlavə edilsin: “3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;”; 

2.2. 4.4-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1- ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!