Xarici diplomatlar Şəki və Zaqatalada

saytların hazırlanması

Evə çatdırılma

Xarici diplomatlar Şəki və Zaqatalada

Siyasət

27 İyun 2019 08:31 1431


27-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, “Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.

Diplomatlar, eyni zamanda Zaqatala rayonunda “Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, “Azroze MMC” və “Azərtütün” MMC ilə tanış olacaqlar. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!