Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar

saytların hazırlanması

Evə çatdırılma

Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar

Maraqlı

05 Oktyabr 2020 10:47 1123


Xarici jurnalistlər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk edirlər.

Yenisabah.az xəbər verir ki, mətbuat nümayəndələri qarşılarına çıxan istənilən nəqliyyat vasitəsinə minərək ərazidən çıxırlar.

Məlumata görə, Ermənistan hakimiyyəti onları Gorus şəhərinə yerləşdirmək istəyir. Rəsmi Yerevan orada xarici jurnalistlər üçün mətbuat mərkəzi təşkil edəcəyinə söz verib. Sezar pizza

Qeyd edək ki, işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara istənilən ölkənin vətəndaşının, o cümlədən xarici dövləti təmsil edən jurnalistin Azərbaycanın rəsmi icazəsi olmadan səfər etməsi qanunsuzdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!