Xarici jurnalistlər Şuşaya gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Xarici jurnalistlər Şuşaya gedəcək

Maraqlı

09 May 2021 20:10 1364


“Bu dəfə TÜRKSOY-un mətbuat mükafatları Qarabağdan yazan jurnalistlərə veriləcək”. 

Yenisabah.az xəbər verir ki, bunu MEDİATURK.TV-yə  Azərbaycanın TÜRKSOY-DAKI nümayəndəsi Elçin Qafarlı deyib.

O bildirib ki, bu günə qədər TÜRKSOY hər il türk dünyasının mədəniyyətini daha çox təbliğ edən mətbuat nümayəndlərinə mükafatlar təqdim edib. “Keçən il pandemiya səbəbindən bir sıra mədəniyyət tədbirləri keçirilmədiyi üçün mükafatlar təqdim edilmədi. pizza

Bu il mükafatlar keçən ilki mədəniyyət xəbərlərini yayanlara deyil, Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı  Qarabağdan dünyaya xəbər çatdıran media nümayəndələrinə təqdim olunacaq. Artıq jurnalistlərin siyahısı hazır olmaq üzrədir. Azərbaycan, Qazaxıstan, Türkmənistan və dünyanın digər ölkələrindən olan, erməni vəhşiliklərini bütün dünyaya çatdıran jurnalistlər TÜRKSOY mükafatı alacaq”. 

E.Qafarlı hazırda Mədəniyyət Nazirliyi ilə əlaqədə olduqlarını, hazırlanan siyahı üzrə jurnalistlərin Bakıya dəvət  olunacağını qeyd edib:

"Mükafata layiq görülən jurnalistlərlə Şuşaya səfər edib, Şuşanın indi ki vəziyyətini onlara yenidən göstərməyi planlaşdırırıq. Mükafatlandırmanı Xarı Bülbül festivalı və ya hansısa tədbir ilə birlikdə keçirilə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!