Xatirə İslam özünü yandıran qazidən danışdı:   “Olan sənə oldu”

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslam özünü yandıran qazidən danışdı: “Olan sənə oldu”

Şou

14 İyul 2022 12:22 1341


Müğənni Xatirə İslam bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərov barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında qazinin görüntülərini paylaşan müğənni onun ölümünə təəssüflənib:

“Allah sənə rəhmət eləsin, qardaş. Mənim təyyarə biletlərimin qiyməti ilə bağlı dediyim sözü daha çox paylaşdılar, nəinki vətən uğrunda canından olan səni.  Biz beləyik, aramızda şou-biznesə meyilli insanlar daha çoxdur. Allah bu dünyaya kömək olsun, hara gedirik belə? Olan sənə oldu, ailənə oldu. Yenə də hər şey unudulacaq, heyif bu oğullardan, çox heyif…” Sezar pizza

Xatırladaq ki, Xatirə İslam bir neçə gün əvvəl işlətdiyi “Bir “Mercedes”in puluna bilet almışam, səs-küyə baxın” ifadələri geniş müzakirələrə səbəb olmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!