Xatirə İslam Xankəndidəki konsertdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslam Xankəndidəki konsertdən imtina etdi

Şou

17 Dekabr 2025 20:49 9266


Əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib. Saytın əməkdaşı məsələ ilə müğənninin mobil telefonuna zəng edib.

Özünü onun köməkçisi kimi təqdim edən Qönçə adlı xanım bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:”Xatirə xanım hazırda xaricdədir”. Pepperoni pizza

Araşdırma zamanı müğənninin bu imtinasının səbəbi üzə çıxıb. Məlum olub ki, Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eziz
    Bular ne herleyir Qarabağ Xankəndi bulara pul olsun lüks yaşayış olsun
    5 months ago
  • Fariz
    Xatirə kimiləri üçün pul hər şeydən üstündü, vətənpərvərlikdəndə. Elələrini ölkədə səhnəyə buraxmaq lazım deyil
    5 months ago