XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir

Sağlamlıq

20 İyun 2026 11:00 218


ABŞ-da aparılan yeni araşdırma göstərib ki, uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin fəaliyyətinə də mənfi təsir göstərir. Hətta müntəzəm idman etmək belə bu mənfi təsirləri tam aradan qaldırmır.

“Yeni Sabah” xəbər verir ki, araşdırma Vanderbilt University, University of Pittsburgh və Seoul National University alimləri tərəfindən aparılıb. Tədqiqatda 50 yaşdan yuxarı 404 nəfər iştirak edib və onların hərəkət səviyyəsi bir həftə ərzində xüsusi sensorlarla izlənilib.

İştirakçıların 87 faizi həftədə ən azı 150 dəqiqə fiziki aktivlik tövsiyəsini yerinə yetirsə də, gün ərzində daha çox oturan insanlarda beyin həcminin azalması və idrak qabiliyyətlərinin zəifləməsi müşahidə olunub. Xüsusilə yaddaşa cavabdeh olan hipokampus nahiyəsində incəlmə qeydə alınıb. Bu bölgə Alzheimer xəstəliyində ilk zərər görən beyin sahələrindən hesab olunur. Pepperoni pizza

Mütəxəssislər xüsusilə masa arxasında çalışan insanlara tez-tez ayağa qalxmağı, qısa gəzintilər etməyi və uzun müddət fasiləsiz oturmamağı tövsiyə edirlər. Beyin sağlamlığını qorumaq üçün gün ərzində aktiv qalmaq ən vacib amillərdən biri hesab olunur.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!