Xərçənglə mübarizə üsulu tapıldı   - Yeni kəşf

saytların hazırlanması

Evə çatdırılma

Xərçənglə mübarizə üsulu tapıldı - Yeni kəşf

Sağlamlıq

13 Avqust 2020 13:51 750


ABŞ-ın Harvard Universitetinin alimləri bədxassəli şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə üsulunu tapıblar. Bu da onların müalicəsinin effektliyini yüksəldir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Cell Metabolism" jurnalında dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, kimyaterapiya seanslarından sonra alimlər sağ qalan hüceyrələrin maddələr mübadiləsində müvəqqəti dəyişikliyə məruz qaldıqlarını müəyyənləşdiriblər. Bu müvəqqəti dəyişiklik nəticəsində residiv meydana gəlir, şiş hüceyrələrini əsas terapiyaya qarşı həssas edir. Toyuqlu pizza

Əgər qlutamin metabolizminə və nukleotid sintezinə qısa müddətli təsir göstərən dərmanlar istifadə olunarsa, müqavimət göstərən hüceyrələr məhv olar və nəticədə xəstə sağ qalacaq.

Medicina.az yazır ki, aşkar edilən fakt qan xərçəngində tapılan və kemoterapiyaya davamlı olan hüceyrələrə qarşı mübarizə aparmağa kömək edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!