Türkiyəli elm adamları xərçəng xəstələrinin qanında olan və xərçənglə mübarizə qabiliyyətini itirməmiş yeni hüceyrə kəşf ediblər.
Yenisabah.az Avropa.info-ya istinadən xəbər verir ki, komandası və özü xərçənglə mübarizədə vacib kəşfə imza atan Hacettəpə Universitetinin üzvü professor Dr. Günəş Əsəndağlı bu sözləri deyib:
"Xərçənglə mübarizədə topladığımız immun hüceyrələrini müxtəlif metodlarla təsnif etdik. Bu hüceyrələrin daxilində 20 mindən çox genin necə dəyişdiyini gördük. Digər hüceyrələrə görə, necə fərqli davrandıqlarını, xərçənglə mübarizədə immun sistemini dəstəkləyib dəstəkləmədiklərini göstərdik. Monosit dediyimiz immun hüceyrə qrupuna məxsus bu yeni tip hüceyrələri müxtəlif metodlarla müəyyən etdik və yığdıq. Saflaşdırdıq, sağlam insanlarda gözə görünməyəcək qədər az olduğunu, xərçəng xəstələrində artdığını gördük". pizza
Telegram kanalımız