Xəstəlikdən birdəfəlik qorunmaq üçün bu, ən effektiv yoldur -   Həkim rəyi

saytların hazırlanması

Evə çatdırılma

Xəstəlikdən birdəfəlik qorunmaq üçün bu, ən effektiv yoldur - Həkim rəyi

Sağlamlıq

18 Yanvar 2021 13:56 782


TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edib.

Yenisabah.az-ın məlumatına görə, A.Qurbanov deyib ki, istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol vaksindir:

"Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən - həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var". Sezar pizza

A.Qurbanov əlavə edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur. Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirilir və insanları virusdan qoruyur. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!