Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi pis əlamətdir

saytların hazırlanması

Evə çatdırılma

Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi pis əlamətdir

Sağlamlıq

02 Noyabr 2021 07:15 3381


Rusiyalı həkim immunoloq Vladislav Jemçuqov COVID-19 xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, həkim bədən hərarətinin aşağı düşməsinin xəstənin vəziyyətinin ağırlığına və dərhal xəstəxanaya yerləşdirilməsinin vacibliyinə dəlalət etdiyini bildirib.

V.Jemçuqov deyib ki, çox ağır koronovirus xəstələrinin hərarəti 36 dərəcə və daha aşağı olur. Bu, orqanizmin toksinlərlə mübarizə aparmağa qadir olmadığını və virusa immun cavab vermədiyini göstərir. Pepperoni pizza

Mütəxəssis əlavə edib ki, bədən hərarətini elektron deyil, civəli termometrlə ölçmək daha yaxşıdır. Bədənin hərarətini 3 dəfə 5 dəqiqədən az olmayaraq ölçməklə daha dəqiq məlumat əldə etmək olar. Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi və bu vəziyyətin aşağı hərarət və təzyiqlə müşahidə olunması pis əlamətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!