Xəstəxanaya yerləşdirilən xalq artistinin səhhəti necədir?   - TƏBİB-dən açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya yerləşdirilən xalq artistinin səhhəti necədir? - TƏBİB-dən açıqlama 

Mədəniyyət

30 Dekabr 2022 16:14 1972


"Xalq artisti Ağasəlim Abdullayevin səhhətində yaranan problemlə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub". 

Bu barədə TƏBİB-dən Yenisabah.az-a verilən açıqlamada deyilib. Qeyd olunub ki, sənətçi ezofagit diaqnozu ilə TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospital olunub. 

"Yeni Klinikada xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün Terapiya şöbəsinə yatırılıb. pizza mizza

Xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilir. Həyati göstəriciləri stabildir. Müalicəsinə davam edilir" deyə, qurumdan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!