Xətaidə köməksiz vəziyyətdə qalan üç yaşlı uşaq xilas olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə köməksiz vəziyyətdə qalan üç yaşlı uşaq xilas olundu - Video

Hadisə

03 Mart 2024 16:03 904


Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. pizza mizza

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!