“Xəzər dənizi böyük turizm potensialına malikdir” - Medvedyev

saytların hazırlanması

Evə çatdırılma

“Xəzər dənizi böyük turizm potensialına malikdir” - Medvedyev

Rəsmi

12 Avqust 2019 18:11 1253


Rusiyanın Baş Naziri Dmitri Medvedyev Xəzər dənizinin böyük turizm potensialına malik olduğunu bildirib.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, Dmitri Medvedyev Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.

Baş Nazir qeyd edib ki, Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. D.Medvedyevin fikrincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir. Marqarita pizza

Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin “Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.

Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsinin bir neçə dəfə artırılacağını vurğulayan D.Medvedyevin sözlərinə görə, Rusiya ilə Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsi son illər 3,5 faiz artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!