Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatıb

Hadisə

13 Aprel 2022 07:42 495


Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 02:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir.
 

Xidmətdən “Yeni Sabah”a bildiriblər ki, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 24-30, Zərdabda 24, Beyləqanda 20, Şəmkirdə 16 metr/saniyəyə çatıb.

Bakıda və Abşeron yarımadasında - Bakıda küləyin sürəti 28, Maştağada 23, Neft Daşlarında 21, Çilov adasında 18, Pirallahıda 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30, səhər saatlarında 18-23, gündüz 15-18 metr/saniyəyədək olacağı, axşam isə 12 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!