Xəzərdə dalğaların hündürlüyü 6.5 metrə çatır

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə dalğaların hündürlüyü 6.5 metrə çatır

Rəsmi

05 Avqust 2019 18:33 956


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə müşahidə olunan faktiki hava şəraitini açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, 5 avqust səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Bakıda və Abşeron yarımadasında küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.  Dördpendirli pizza

Azərbaycanın rayonlarında: Qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!