Xəzərdə narkotik: Sərhədçilər 3 iranlını tutdu

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə narkotik: Sərhədçilər 3 iranlını tutdu

Kriminal

04 İyun 2025 10:49 329


Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hadisə mayın 29-da qeydə alınıb. Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb. pizza mizza

İrana məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd pozucuları İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yəzdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!