Xəzəryanı ölkələrin XİN rəhbərləri bu gün görüş keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Xəzəryanı ölkələrin XİN rəhbərləri bu gün görüş keçirəcək

Siyasət

05 Dekabr 2023 09:40 378


Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar. Dördpendirli pizza

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yollanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!