XİN-də geniştərkibli kollegiya iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

XİN-də geniştərkibli kollegiya iclası keçirildi

Siyasət

23 Yanvar 2026 19:09 551


Xarici İşlər Nazirliyində (XİN) geniştərkibli kollegiya iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən iclasda XİN-in rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

İclasda ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və XİN-in fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Leyli
    Xin ancag ozu ucun calisir .
    4 months ago