Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin illik iclası dekabrın 5-də keçiriləcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Onun sözlərinə görə, 5 ölkənin XİN rəhbərləri Rusiya paytaxtında toplaşaraq Xəzər regionunun təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi, dəniz nəqliyyatı, ticarət, enerji, ətraf mühit və müvafiq hüquqi məsələlər kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahələrinə dair müzakirələr aparacaq. pizza sifarişi
Rusiya, İran, Qazaxıstan və Türkmənistan, habelə Azərbaycan xarici işlər nazirləri Moskvadakı iclasda Xəzəryanı ölkə liderlərinin qarşıdan gələn görüşünü də diqqət mərkəzində saxlayacaq.
Telegram kanalımız