XİN rəhbərlərinin toplantısı başladı

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbərlərinin toplantısı başladı

Siyasət

05 Dekabr 2023 12:25 370


Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) görüşü başlayıb.

Yenisabah.az xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları da iştirak edirlər. Marqarita pizza

Tərəflər Xəzər dənizində əməkdaşlığın inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!