Xınalıqdan son görüntü – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xınalıqdan son görüntü – Fotolar

Rəsmi

23 Avqust 2020 11:31 718


Avqustun 23-ü səhər saatlarından başlayaraq Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən “Yeni Sabah”a bildiriblər ki, səhər saatlarına olan məlumata görə, qar dəniz səviyyəsindən 2 min 500 metr yüksəklikdəki ərazilərə yağıb. Qarın yağması ilə əlaqədar temperatur 2-3 dərəcəyədək aşağı düşüb. Bu göstərici avqust ayı üçün xarakterik deyil.

Kənd sakinləri bildirib ki, əvvəlcə sulu qar, səhər saatlarından başlayaraq qar yağmağa başlayıb. Artıq qarın hündürlüyü 2-3 santimetr təşkil edir. Avqust ayında kəndə qar yağması nadir rast gəlinən təbiət hadisəsidir. Təsərrüfatçılar hələ ki, biçənək sahələrindəki otu həyətlərinə gətirməyib. Dominos pizza

Hazırda dağlıq ərazilərdə sulu qar və qar yağması davam edir./Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!