Xırdalanda 15 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda 15 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı - Foto

Hadisə

25 Fevral 2020 19:46 820


Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib. İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir. Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub. Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!