Xırdalanda atəş səsləri: Mübahisə iştirakçıları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda atəş səsləri: Mübahisə iştirakçıları saxlanıldı

Kriminal

07 Dekabr 2022 11:35 880


Bir neçə gün əvvəl Xırdalan şəhərində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən olunub: şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalanda Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb.

Mübahisə iştirakçıları saxlanılıblar. Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi  1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib. Bundan əlavə hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Pepperoni pizza

Səlcuq Osmanlıdan aşkar edilən “Makarov”  markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!