Xırdalanda çoxmərtəbəli binada yanğın -   Sakinlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Hadisə

05 Oktyabr 2025 10:41 356


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində çoxmərtəbəli binaların birində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Marqarita pizza

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının yaşayış binasının zirzəmisində elektrik lövhəsində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!