Xızıda dağlıq ərazidə baş verən yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Xızıda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Rəsmi

27 Avqust 2020 20:58 761


Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. 

Yanğın saat 18:40 dəqiqədə söndürülüb. pizza

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!