Xocalı cəlladı Bakıdan qızına zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Xocalı cəlladı Bakıdan qızına zəng etdi

Maraqlı

22 Dekabr 2023 13:21 923


Xocalı rayonunun Meşəli kəndindəki soyqırımına görə Bakı Hərbi Məhkəməsinin 15 il azadlıqdan məhrum etdiyi Vaqif Xaçaturyan ailəsilə danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xəbəri onun qızı Ermənistan KİV-nə açıqlayıb. 

Xaçatryanın qızı Vera Xaçatryan bildirib ki, atası ilə telefon danışığı bir neçə gün əvvəl baş tutub.  pizza hut

“Atam hər şeyin qaydasında olduğunu, dərman qəbul etdiyini bildirdi”. 

Vera Xaçaturyanın sözlərinə görə, telefon danışığı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə gerçəkləşib: 

“O, yalnız yaxşı olduğunu, dərman qəbul etdiyini dedi. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”, - Vera Xaçatryan deyib. 

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi 68 yaşlı Vaqif Xaçatryan haqqında hökm çıxarıb. O, 1992-ci ildə Meşəli kəndində baş verən qətliamda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!