Xocalıda beton qarışdıran maşın aşdı

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda beton qarışdıran maşın aşdı

Hadisə

16 Fevral 2023 11:24 587


Xocalı rayonunun Çanaqcı kəndində yol qəzası olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, rayon polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalar aparıb. 

Məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mersedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.  Toyuqlu pizza

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!