Xocalıda yol qəzası olub, xəsarət alan var.
Yenisabah.az xəbər verir ki, qəza rayonun Çanaqçı kəndi ərazisində baş verib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. pizza
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız