Xocalılara məxsus heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Xocalılara məxsus heyvanlar peyvəndlənir

Sosial

16 Aprel 2019 17:34 738


İlin əvvəlindən xocalılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, xocalılara məxsus heyvanlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Xocalı Rayon Baytarlıq İdarəsinin 3 sahə baytar məntəqəsi vasitəsi ilə həyata keçirilir.

Hazırda Xocalı rayonunun sakinləri ölkənin 35-ə yaxın rayon və şəhər ərazisində məskunlaşıb. Xocalı Rayon Baytarlıq İdarəsi sakinlərin sıx məskunlaşdığı ərazilərdə profilaktik və diaqnostik tədbirlər həyata keçirir. İdarə vətəndaşların xüsusi mülkiyyətində olan 2800 baş iri buynuzlu, 12300 baş xırdabuynuzlu, 100 baş təkdırnaqlı, 100 baş it və 17500 baş ev quşlarına baytarlıq xidməti göstərir. Sezar pizza

Xocalı Rayon Baytarlıq İdarəsi  tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Qəhrəmanov Məzahir Əhəd oğluna məxsus təsərrüfatda 65 baş iribuynuzlu heyvan arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılır. Eləcə də həmin təsərrüfatda ilin əvvəlindən qarayara, daha sonra isə dabaq xəstəliyi əleyhinə profilaktiki tədbirlər icra edilib. Ümumiyyətlə, Xocalı Rayon Baytarlıq İdarəsi  tərəfindən cari ilin ilk günlərindən başlayaraq, bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 2835 baş iribuynuzlu, 100 baş təkdırnaqlı heyvanlarda qarayara, 98 baş sahibi olan itlərə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocalılara məxsus ev quşları arasında nyukasl, irbuynuzlu heyvanlarda nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliklərini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan, ana qoyun və keçilərdən qan nümunələrinin götürülməsi, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!