Xocalıya növbəti köç - 67 nəfər qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Xocalıya növbəti köç - 67 nəfər qayıtdı

Sosial

06 Mart 2026 14:56 355


Martın 6-da Xocalı rayonuna növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə rayonun Təzəbinə və Seyidbəyli kəndlərinə ailələr yerləşdirilib.

 Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, Xocalı rayonunun Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə köçürülüb.

Beləliklə, ümumilikdə 13 ailə olmaqla  67 nəfər doğma yurduna qayıdıb. Xocalı şəhərində ailələrə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev öncə sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb. O, həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə  məlumat verib. Dördpendirli pizza

Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar. Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!