Xorvatiya millisində növbəti itki

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya millisində növbəti itki

İdman

06 Sentyabr 2019 17:54 1142


Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə itki ilə üzləşib. 

“Yeni Sabah” xəbər verir ki, yığmanın futbolçusu Tin Yedvay hər iki qarşılaşmanı buraxacaq. Buna Almaniya "Bayer"ində (Leverkuzen) çıxış edən müdafiəçinin zədəli olması səbəb olub. 

Qeyd edək ki, daha öncə İspaniya "Barselona"sında çıxış edən İvan Rakitiç özünü psixoloji cəhətdən hazır saymadığı üçün millinin heyətindən çıxarılmasını istəyib. İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç isə zədələndiyi üçün komandadan kənarda qalıb.  pizza sifarişi

Qeyd edək ki, Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!