Xorvatiyanın ulduz futbolçusu Bakıya gəlməyəcək - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiyanın ulduz futbolçusu Bakıya gəlməyəcək - SƏBƏB

İdman

02 Sentyabr 2019 15:56 1103


Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. 

“Yeni Sabah” xəbər verir ki, “Barselona”nın futbolçusu İvan Rakitiç heyətdən kənarlaşdırılıb. Bu barədə komandanın baş məşqçisi Zlatko Daliç məlumat verib. Mütəxəssis qərarını bu cür açıqlayıb:

"Rakitiçlə dünən danışdım. Onun klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Bu qənaətə gəldim ki, o, milli komanda üçün hazır deyil və ehtiyacımızı maksimum qarşılaya bilməyəcək. Buna görə də Rakitiç növbəti oyunlarda bizə qoşulmayacaq”. Sezar pizza

Daliç Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqunu milliyə çağırdığını söyləyib.

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisi ilə qarşılaşacaq. Millimiz isə sentyabrın 6-da Uels yığmasının qonağı olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!